Beynəlxalq güləş qaydaları Azərbaycan dilinə tərcümə edilib 

13:34 23.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Güləş Federasiyasının I kateqoriyalı hakimi Əli Babayev beynəlxalq güləş qaydalarının Azərbaycan dilinə tərcüməsini həyata keçirib.

Hafta.az xəbər verir ki, tərcümə edilmiş materialda Dünya Güləş Birliyinin (UWW) qüvvədə olan yeni qaydaları, hakimlik meyarları və yarış prosedurları yer alıb. Layihənin əsas məqsədi güləş hakimləri, məşqçilər və idmançıların beynəlxalq qaydaları ana dilində daha rahat mənimsəməsinə şərait yaratmaqdır.